BMT-nin keçmiş baş katibi Kofi Annan vəfat edib.
İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq baş katib 80 yaşında dünyasını dəyişib.
Onun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.
Qeyd edək ki, K.Annan 1997-2006-cı illərdə BMT-nin baş katibi olub.
O, 2001-ci ildə Nobel sülh mükafatına layiq görülüb.
İnterpress.az