Rusiyada qardaşı tərəfindən zorlanan itkin tələbə bir ildən sonra ÖLÜ TAPILDI – FOTObackend

Rusiyada qardaşı tərəfindən zorlanan itkin tələbə bir ildən sonra ÖLÜ TAPILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buryatiyada itkin düşən tələbə qızın meyiti bir ildən sonra tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

19 yaşlı Yelena dərsə getdikdən sonra bir daha geri qayıtmayıb.

Bu müddət ərzində onun qalıqları doğma kəndindəki tərk edilmiş binada qalaraq mümiyalaşıb. Qalıqların yanında vida məktubu da tapılıb.

Məlum olub ki, böyük qardaşı qızı 13 yaşından etibarən zorlayıb, yaxınları isə bu işgəncələrdən xəbərdar olsalar da, heç bir tədbir görməyiblər.

Zərərçəkən baş verənlər haqqında yalnız 18 yaşında danışa bilib və nəticədə cinayətkar 16 il müddətinə azadlıqdan məhrum edilib.

Axtarış haqqında ərizəni qohumları verib və dəfn mərasimini də onlar təşkil ediblər.

Valideynləri yeganə qızları ilə vida mərasimində iştirak etməyiblər.

Xuraman Etibarlı

İnterpress.az