Cəlilabadda naməlum şəxslər gecə saatlarında kənd sakinlərin evlərinə daxil olaraq oğurluğa cəhd göstərirlər.
Bu barədə İnterpress.az-a naməlum şəxslərin oğurluq məqsədi ilə hücuma keçdiyi Alar kənd sakinləri məlumat verib.
Sakinlər bildirib ki, kimliyi bəlli olmayan şəxs və ya şəxslər artıq 10 günə yaxındır ki, kənd sakinlərinin evlərinə və həyətlərinə daxil olub oğurluğa cəhd göstəriblər.
Həmin oğrular gecə saatlarında daxil olduqları evlərdən heçnə oğurlamasalar da ev sahibinə mənəvi ziyan vurublar. \”İnsaflı\” oğrular azyaşlıları qorxudur və mal-qara saxlayan ev sahiblərinin həyətlərindəki tövlədən bağlı olan heyvanları bayıra çıxararaq mal-qaraya əziyyət veriblər.
Eyni zamanda, məlumata görə, sözügedən oğrular daxil olduqları evdə kimsənin olmadığını görüb mətbəxdə çay dəmləyib içir və ev sahibinə məxsus yeməklərdən yeyiblər.
Artıq 10 gündür ki, mülkiyyətinin keşiyini çəkən kənd sakinləri oğruları tuta bilmirlər.
Kənddə sözügedən naməlum oğruların qaçış sürətinin qeyri-adi olduğuna və professional olduqlarına görə onlara \”yadplanetli\” adı verilib.
Artıq bununla əlaqədar olaraq kənddə sakinlər arasında qeyri-rəsmi fövqəladə vəziyyət elan olunub.
İnterpress.az