Lotu Qulinin birgünlük həbsinin təfərrüatları – VİDEObackend

Lotu Qulinin birgünlük həbsinin təfərrüatları – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Baku.Tv-nin əldə etdiyi kadrlarda çəkilişi aparan şəxs Lotu Quliyə “bəs deyirdilər tutulub, nə oldu?” sualını verir.

Masa arxasında əyləşən “kriminal avtoritet” isə suala gülüşlə cavab verir.

Qeyd edək ki, azərbaycanlı avtoritet ötən gün Çernoqoriyanın Podqoritsa şəhərinin hava limanında Rusiya Federasiyasının sorğusu əsasında “İnterpol” tərəfindən saxlanılıb.

Lakin Podqoritsa məhkəməsi Rusiyanın irəli sürdüyü ittihamları qəbul etməyərək, həmin ittihamlarda göstərilən cinayətlərin baş verdiyi tarixdə Lotu Qulinin Azərbaycanda həbsdə olduğunu bildirib.

Məhkəmə qərarından sonra bu gün, yerli vaxtla saat 10:30 radələrində Lotu Quli sərbəst buraxılıb.

İnterpress.az