ABŞ-da, Florida ştatında Jacksonville şəhərinin Landing adlı ticarət və əyləncə mərkəzində atışma baş verib.
Yerli polisin yaydığı məlumata əsasən, bir neçə adam öldürülüb.
Atəş açdığı güman edilən insanın da öldüyü deyilir.
Yerli polis şöbəsinin rəisi Tvitter vasitəsilə sakinləri hadisə baş vermiş əraziyə yaxınlaşmamağa çağırıb və çox sayda insanın atışma nəticəsində yaralandığını qeyd edib.
İlkin məlumatlara görə, Madden \’19 compüter oyunu turnirinin iştirakçılarından biri uduzduqdan sonra turnirin digər iştirakçılarını güləbaran edib. 5 nəfəri güllələdikdən sonra həmin şəxs özünə də atəş açıb, Los Angeles Times nəşri xəbər verib.
Əyləncə mərkəzində olan insanların çoxu qapalı otaqlara sığınıb.
Yerli polis onları olduqları yerlərdə sakit qalmağa çığırıb. (bbc)
İnterpress.az