“Musa Yaqub vəsiyyət edəcək vəziyyətdə deyil” – Rüstəm Behrudibackend

“Musa Yaqub vəsiyyət edəcək vəziyyətdə deyil” – Rüstəm Behrudi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, bu barədə AzNews.az-a şair Rüstəm Behrudi deyib.

O, Musa Yaqubun səhhətinin normal olduğunu deyib: “Bu görüş çoxdan nəzərdə tutulmuşdu. Mən, Ramiz Rövşən, Ramiz Həsənoğlu, Qulu Məhərrəmli və bir neçə şəxs Musa Yaqubu ziyarət etdik. Şairin vəziyyəti normaldır. Ruhu xəstə deyil, fiziki cəhətdən zəif düşüb, müalicələrdən sonra o da keçər. Biz Musa müəllimi evdən çıxarıb meşəyə apardıq. Orada çay süfrəsi təşkil elədik. Musa müəllim sağalmağa doğru gedir. O, vəsiyyət edəcək vəziyyətdə deyil, gələcəyə ümidlə baxır. Hələ onun dilindən öz şeirlərini eşidəcəyik”.

İnterpress.az