Polşa müdafiə xərclərini artırır və hərbi texnika alışını genişləndirir.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Polşa hökuməti ordunun gücləndirilməsi çərçivəsində müdafiə xərclərini artırır, hərbi texnika və hava hücumundan müdafiə sistemləri alır, həmçinin yerli müdafiə sənayesinin imkanlarını genişləndirir.
2026-cı il üçün Polşanın müdafiə xərcləri 200,1 milyard zlotı səviyyəsində müəyyənləşdirilib.
Ölkə həmçinin Avropa İttifaqının SAFE proqramı çərçivəsində müdafiə sahəsinə 43,7 milyard avroya qədər maliyyələşmə əldə edəcək.
Vəsaitlərin bir hissəsi artilleriya, hava və raketdən müdafiə, pilotsuz sistemlər, sursat və hərbi infrastrukturun inkişafına yönəldiləcək.
Xuraman Etibarlı
İnterpress.az






