Sinqapurda süni intellektlə yaradılmış saxta timsah görüntüsünə görə kişi məhkəmə qarşısına çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Mothership” məlumat yayıb.
Məlumata görə, Myanma vətəndaşı olan 30 yaşlı Ye Lin 20 avqustda Sinqapurun Pandan su anbarında timsah görüntüsü yaradan süni intellektlə hazırlanmış şəkli həmkarına göndərib.
Bundan sonra Milli Su Agentliyinə su anbarında timsah görüldüyü barədə məlumat daxil olub.
Polis ərazini bağlayıb, axtarış tədbirləri başlanıb və insanlara suya yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.
Avqustun 21-də görüntünün saxta olduğu müəyyənləşdirilib.
Sentyabrın 29-da Ye Lin yalan məlumat yaymaqda və ədalət mühakiməsinə mane olmaqda ittiham olunub.
Yalan məlumat yaymağa görə 3 ilədək, ədalət mühakiməsinə mane olmağa görə isə 7 ilədək həbs cəzası nəzərdə tutulur.
O, həmçinin görüntünü və onu yaratdığı süni intellekt tətbiqinin tarixçəsini sildiyinə görə ittiham edilib.
Xuraman Etibarlı
İnterpress.az






