İnterpress.az xəbər verir ki, saytın fəaliyyətə başlamasından 6 il ötür.
8 dildə xəbər yayan portal 2012-ci ilin oktyabrın 1-də işə başlayıb.
\”AzVision.az\” ölkədə və dünyada baş verən hadisələri izləyir, təhlil edir və oxuculara çatdırır. Sayt əyləncə və şou xarakterli məlumatlara yer ayırmır və ictimai-siyasi xarakterli ciddi media quruluşu olmağa iddialıdır.
\”AzVision.az\” müxtəlif sahələrə aid özünün fərqli rubrikalarını və yanaşmalarını oxucularına çatdırır. Saytda multimedia materiallarına üstünlük verilir. Saytın baş redaktoru Vüsal Məmmədovdur.
İnterpress.az