İnterpress.az bildirir ki, 3 saylı Şəhər Kliniki Xəstəxananın baş həkimi Fikrət Zeynalov AzVision.az-a bildirib ki, hazırda xəstəxanada 12 nəfər qalıb.
\”Onlardan 5-i travmatologiya şöbəsində, 2-si uşaq travmatologiya şöbəsində, 5-i isə reanimasiyadadır. Reanimasiyada olan xəstələrdən 2 nəfərinin vəziyyəti ağırdır, digərlərinin vəziyyəti stabildir”.
Klinik Tibbi Mərkəzdən verilən məlumata görə, hazırda xəstəxanada 4 nəfər müalicə alır: \”Onlardan birinin böyrəyi çıxarılıb, vəziyyəti ağırdır. Həmçinin digər 3 xəstənin müalicəsi davam edir və onların da vəziyyəti ağır stabildir”.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda olan 2 nəfərin də vəziyyəti orta ağır olaraq qalır.
İnterpress.az