Almaniyada məscidə qarşı hörmətsizlik – Türkiyə etiraz etdibackend

Almaniyada məscidə qarşı hörmətsizlik – Türkiyə etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, açıqlamada Türkiyənin Alana şəhəri ilə qardaşlaşmış şəhər olan Gladbeckda belə bir hərəkətin törədilməsindən təəssüf hissi ifadə olunur. Bildirilir ki, iki şəhər arasında ötən 25 ildə geniş əlaqələr qurulub. Son illər irqçi qüvvələr tərəfindən Almaniyada fəaliyyət göstərən məscidlərə qarşı törədilən ədəbsiz hərəkətlərin artmasından narahatlıq ifadə olunur.

Dini İşləri üzrə Türk İslam Birliyi təşkilatının məlumatına görə, oktyabrın 1-də Almaniya vaxtı ilə saat 03:00 radələrində sözügedən məscidin divarına və qapısının şüşəsinə xaç işarəsi çəkilib.

İnterpress.az