İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində təbii qaz kəmərində partlayış olub.
İnterpress.az \”Report”a istinadən xəbər verir ki, bunu əyalətin Fövqəladə Hallar İdarəsinin rəisi Kiyumers Hacızadə bildirib.
Onun sözlərinə görə, partlayış əyalətin Bağ Məlik rayonu yaxınlığında, Xuzistan-İsfahan təbii qaz kəmərində baş verib.
K.Hacızadə deyib ki, hadisə yerinə xilasedicilər cəlb olunub.
Ərazidə yaşayan əhali təxliyə edilib. İdarə rəisi partlayışın qaz sızması nəticəsində baş verdiyini bildirib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, sentyabrın 22-də Xuzistanın mərkəzi Əhvaz şəhərində hərbi parada silahlı hücum nəticəsində 29 nəfər ölmüş, 60-a yaxın insan yaralanmışdı.
İnterpress.az