Bu barədə İnterpress.az-a \”Azərbaycan Dəmir Yolları\” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova məlumat verib.
Onun sözlərinə görə, artıq hadisə ilə bağlı yayılmış görüntülərdə şlaqbaumun olması tam aydın görünmür:
“Yayılan görüntülər barədə rəhbərliyə də məlumat vermişəm. Biz də məsələni araşdırırıq. Ərazidəki kamera görüntülərini Daxili İşlər Nazirliyindən əldə etməyə çalışırıq. Görüntülər əldə ediləndən sonra şlaqbaumun olub-olmadığı daha dəqiq bəlli olacaq. Yalnız bundan sonra məlumat verə bilərik”.
İnterpress.az