İnterpress.az bildirir ki, F.Məmmədov səhhəti ilə əlaqədar olaraq may ayında istefa ərizəsi yazıb. Ancaq onun ərizəsi yaxın günlərdə qəbul edilib.
Prezident əvəzi isə I vitse-prezident vəzifəsində çalışan Namiq Əliyevdir.
Qeyd edək ki, sabiq vergilər naziri olan Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O, həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir. (oxu.az)
İnterpress.az