Qalmaqallı prezident istefa verə bilər – Səhhətinə görəbackend

Qalmaqallı prezident istefa verə bilər – Səhhətinə görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippin prezidenti Rodriqo Duterte bildirib ki, xəstəliyinə görə vəzifəsindən istefa verə bilər.

Bu barədə \”Bloomberg\” məlumat yayıb.

Məlumata görə, 73 yaşlı dövlət başçısı özünü pis hiss etdiyini deyib. Prezident qeyd edib ki, əgər həkimlər onda ciddi xəstəlik aşkarlasalar, vəzifəsindən gedəcək.

Lakin bununla yanaşı, Rodriqo Duterte onu da əlavə edib ki, sağlamlığının hansı vəziyyətdə olduğunu bilmir. O, nəticələri gözləməlidir.

Dövlət başçısının sözlərinə görə, əvvəllər Baretta (xərçəngöncəsi qida borusu xəstəliyi -red) sindromunun kəskinləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin prezidentin onurğa sütununda ağrılar və miqren var. (report)

İnterpress.az