Reys zamanı yaralanan Flydubai pilotu Hindistan vətəndaşıdırbackend

Reys zamanı yaralanan Flydubai pilotu Hindistan vətəndaşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Flydubai reysində yaralanan pilotun Hindistan vətəndaşı olduğu açıqlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Məlumata görə, Flydubai aviaşirkətinin Dubay-Təl-Əviv reysində yaralanan pilot Smit Maççhar Hindistan vətəndaşıdır.

O, SpiceJet-də işləyib və 2022-ci ildə Flydubai-yə təyyarə kapitanı kimi keçib.

LinkedIn profilinə görə, Smit 13 ildən çox kommersiya uçuş təcrübəsinə malikdir və Boeing 737 təyyarələrində, o cümlədən B737-800 və B737 MAX 8/9 təyyarələrində təxminən 9750 saat uçuş edib.

Təyyarə havada olarkən ikinci pilot Maççhara bıçaqla hücum edib. Dava baş verib və hücum edən digər heyət üzvləri və sərnişinlər tərəfindən sakitləşdirilib.

Təyyarə adi vətəndaş kimi uçan rus və ukraynalı pilotlar tərəfindən Tabukda endirilib. Yaralı kişi xəstəxanaya yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az