Deputat Rüfət Aslanlını sərt tənqid etdi – “65 min maaş alır, adına çaxır buraxır…”backend

Deputat Rüfət Aslanlını sərt tənqid etdi – “65 min maaş alır, adına çaxır buraxır…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasda çıxış edən deputat qeyd edib ki, bu yaxınlarda cənab prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Platasının Direktorlar Şurası ləğv edildi:

\”Vaxtında biz palata ilə bağlı məsələləri qaldıranda bəzi deputatlar əleyhimizə çıxış etdilər.

Biz haqlı idik. Bu Palata iki ildir ki fəaliyət göstərir. Ancaq son 6 ayda fəaliyyətində dirçəlmə baş verdi. Bu da İbrahim Alişovla bağlıdır. Elə vaxt olur ki, həftədə iki -üç dəfə İbrahimlə danışıram. Müəyyən məsələləri müzakirə edə bilirik. Rəhbərlikdə normal insan olanda danışmaq olur. Yoxsa gedib o birisi kimi (Rüfət Aslanlı) öz adına çaxır buraxasan. Üstünə adını yazdırasan. 65 min manat maaşı da özün alasan. Bu harda görülüb ki? Normal adam olsa, normal işləyər”.

İnterpress.az