İnterpress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini Qorxmaz Hümbətovun cibindən 3450 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Gülüstan Süleymanova və bacısı Könül saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az