Qəbələdə 56 yaşlı şəkər xəstəsi küçədə yıxılıb öldübackend

Qəbələdə 56 yaşlı şəkər xəstəsi küçədə yıxılıb öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd sakini, 1962-ci il təvəllüdlü Ağayev Zahir Bəşər oğlu kənd ərazisindən keçən yolun kənarında qəfil huşunu itirərək yıxılıb. Hadisə nəticəsində Z.Ağayevin başı yol kənarındakı səkiyə dəyib.

Z.Ağayev aldığı zədədən hadisə yerində keçinib.

Mərhumun yaxınları bildiriblər ki, Z.Ağayev uzun illər şəkər xəstəliyindən əziyyət çəkirmiş və tez-tez ürək getmələri olurmuş.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırmalar aparılır. (virtualaz.org)

İnterpress.az