Elnarə Xəlilova ərini qısqandı: “Doğuşdan hiss edirdim ki…”backend

Elnarə Xəlilova ərini qısqandı: “Doğuşdan hiss edirdim ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri müğənni Elnarə Xəlilova Publika.az-a verdiyi açıqlamasında deyib. 4 uşaq anası olan sənətçi bildirib ki, övladları ilə vaxt keçirməkdən zövq alır:

“Bu yaxınlarda oğlumun müəllimləri və sinif yoldaşları ilə birlikdə uşaq sığınacağına getmişdik. Orda bütün valideynlər maksimum çalışdıq ki, bir neçə saatlıq da olsa, uşaqlara ana qayğısı göstərək, sevgi ötürək, tək olduqlarını hiss etməsinlər. Bir günümü onlara həsr etdim. Səhəri gün qərara aldım ki, öz uşaqlarımla vaxt keçirsəm, pis olmaz. Həftəsonu həyat yoldaşım və bütün uşaqlarımla birlikdə gözəl vaxt keçirdik. Çox əyləndik\”.

Müğənni “Qadın ana olduqdan sonra bütün sevgisini övladlarına ötürür, həyat yoldaşı ikinci planda qalır. Bu halda Rövşən bəy sizi övladlarınıza qısqanmır ki?” sualına belə cavab verib:

“Əslində onu mən qısqanırdım. Qızım təzə dünyaya gəlmişdi, doğuşdan hiss edirdim ki, yoldaşım qızıma daha çox vaxt ayırır, nəinki mənə. Məndə qadın qısqanclığı baş qaldırdı, düşünürdüm ki, qızımızı məndən çox istəyir. Nə hiss etdiyimi Rövşənin özünə açıq şəkildə bildirim. O da mənə baxıb “Dəlisən, o da elə sənsən də” söylədi. Yoldaşımın bu sözlərindən sonra mənə hər şey aydın oldu. Haqlı idi, övladlarımız elə bizik, bizim bir parçamızdır. Odan bəri bir-birimizi övladlarımıza qısqanmırıq. Uşaqlara həftənin 6 günü mən baxıram, bazar günü isə uşaqları Rövşənin üstünə itələyib deyirəm ki, get onlarla vaxt keçir”.

İnterpress.az