ABŞ-də polis metal çubuqlarla hücum edən şəxsi güllələyərək öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ-də polis əməkdaşı ona metal çubuqlarla hücum edən şəxsi güllələyib.
40 yaşlı evsiz kişi anbar binasında məskunlaşıb və oranı tərk etməkdən imtina edib.
Əvvəlcə anbarın əməkdaşları onu özləri uzaqlaşdırmağa çalışsalar da, buna nail ola bilməyiblər və polis çağırmağa məcbur olublar.
Xuraman Etibarlı
İnterpress.az






