“Deliler Fatihin Fermanı” filminin qala gecəsi keçirilibbackend

“Deliler Fatihin Fermanı” filminin qala gecəsi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ekran işi III. Vlad Tepeşin Osmanlı Sarayınadək uzanan həyatından bəhs edir. Ekran işində Erkan Petekkaya, İsmail Filiz, Cem Uçan kimi tanınmışlar rol alıb.

Filmdə “Mübariz” rolunu isə Azərbaycanın gənc aktyoru Sabir Rüstəmxanlının qardaşı oğlu Namiq Rüstəmxanlı canlandırıb. O, ötən gün keçirilən qala gecəsində kino ilə bağlı təəəsüratlarını bölüşüb:

“Əslində təkcə tarixi bir ekran işi deyil. Çağdaş dövrdən də bəhs edir. İzləyərkən bunun şahidi olacaqsız. Trabzonda şəhid olan Eren Bülbüldən tutmuş Qarabağda şəhid olan Mübariz İbrahimov kimi insanlarımızdan söhbət açılır. Sadəcə Türkiyə tarixi yox, ana, atasını, bütün qohumlarını və yaxınlarını gözləri qarşısında itirən və “Sizi Allaha şikayət edəcəyəm” deyən suriyalı bir uşağın xatirəsi də təsvir olunub”.

Qeyd edək ki, qala gecəsində Türkiyə, Azərbaycan, Qazaxıstan və Rusiyadan tanınmış siyasət, içtimayyət və sənət adamları iştirak ediblər. Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, ATEV sədri Tənzilə Rüstəmxanlı,müğənni Elçin Cəfərov və həyat yoldaşı, da iştirak edib.

İnterpress.az