Müdafiə Nazirliyindən pilotsuz təyyarə iddiasına cavabbackend

Müdafiə Nazirliyindən pilotsuz təyyarə iddiasına cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mətbuatın yazdığına görə, yanvarın 11-dən 12-nə keçən dəfə qondarma Dağlıq Qarabağ Respublikasının cəbhə bölgəsində atəşkəsin pozulması halları artıb. Erməni tərəfinin iddiasına görə Azərbaycan ordusu 200 dəfə atəşkəsi pozub.

Ermənistan mətbuatını heyrətləndirən Azərbaycan tərəfinin pilotsuz təyyarədən istifadə etməsi olub. \”Bu məsələ heç kim, o cümlədən də ərazilərimizi işğal etmiş Ermənistan üçün də yeni xəbər deyil\”-, deyə Azərbaycanın Müdafiə Nazirliyi məsələ ilə bağlı APA-ya bildirib.

«Bu məsələ heç kim, o cümlədən də ərazilərimizi işğal etmiş Ermənistan üçün də yeni xəbər deyil. Öz ərazilərimizdə nədən istifadə edib-etməməyi separatçı-marionet rejimdən soruşmaq fikrimiz də yoxdur. İşğalçıların hərəkətinə nəzarət etmək məqsədilə Silahlı Qüvvələr silahlanmada olan istənilən qurğu və vasitələrdən istifadə edib, bundan sonra da istifadə edəcək», – deyə nazirlik bəyan edib.

İnterpress.az