Azərbaycan prezidenti “Xəyal Adası”ndabackend

Azərbaycan prezidenti “Xəyal Adası”nda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlət başçısına “Xəyal Adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verib.

Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal Adası”nın ərazisi 320 hektardır. Bu, yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən layihədir.

Azərbaycan prezidenti “Xəyal Adası” qolf klubunda yaradılan şəraitlə də tanış olub. Dövlət başçısına burada qolf oyunlarında istifadə olunan avadanlıq və klub-kar barədə məlumat verilib. “Xəyal Adası”nın layihəsi ilə tanış olan prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, yaşayış sahəsində müasir tələblərə cavab verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur.

Dövlət başçısı layihədən bəhs edən videoçarxa baxıb. Qeyd olunub ki, “Xəyal Adası”nda “ASAN xidmət” mərkəzi də yaradılacaq.

Prezident İlham Əliyev elektromobillə qolf sahəsini gəzib. Prezident İlham Əliyev Qolf Akademiyasında yaradılan şəraitlə də tanış olub. Akademiyada kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək.

Sonra dövlət başçısı ərazini gəzib, tikintisi davam etdirilən villalarda yaradılacaq şəraitlə tanış olub. Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

İnterpress.az