İnyterpress.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.
Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 15,5%, digər xarici ölkələr üzrə isə 8,2% bahalaşma müşahidə olunub.
Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 8,7%, boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2% bahalaşıb.
Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.
İnterpress.az