Mərasim tarixdə mövcud olmuş 16 türk dövlətinin simvolu sayılan hərbi geyimli əsgərlərin iştirakı ilə ilk dəfə açıq havada keçirilib.
Azərbaycan prezidenti İlham Əliyevi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyə nümayəndə heyətini İlham Əliyevə, İlham Əliyev isə Azərbaycan nümayəndə heyətini Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Sarayın qarşısında foto çəkiləndən sonra prezidentlər arasında təkbətək görüş başlayıb.
İnterpress.az