Bunu İnterpress.az-a müsahibəsində millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasını sədri Sabir Rüstəmxanlı Müsavat-AXCP qarşıdurması barədə sualı cavablandırarkən deyib.
S.Rüstəmxanlının sözlərinə görə, Müsavatçılıq Azərbaycan müstəqil dövlətçilik tarixinin mühim bir ideologiyasıdır və o, Azərbaycanda daimi yaşayacaq: “O adı daşıyan partiyanın indiki taleyi isə ayrı məsələdir. Bunu müsavatçılıqla qarışdırmaq lazım deyil. Hər halda həm Müsavat, həm də AXCP – nin sıralarında bir xeyli dəyərli insanlar var. Bunlar çiyin – çiyinə dayanmaqdansa üz-üzə dayananda bu ölkə üçün arzuolunmaz şərait yaradır. Mən sadəcə müxalif partiyalar arasında əlaqə və ünsiyyətin tərəfdarı deyiləm, mən həm də iqtidar-müxalifət dialoqunun tərəfdarıyam. İqtidar-müxalifət arasında anlaşmanın tərəfdarıyam. Hərçənd ki, iqtidar bu anlaşmaya səmimi yanaşmır, sanki görüntü yaradır”.
İnterpress.az