Bu barədə Azərbaycan və Türkiyə dövlət başçılarının Ankarada keçirilən görüşündən sonra mətbuat qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bildirib.
«Bu il Türkiyə G-20-nin ev sahibidir. Biz də imkandan istifadə edərək tədbirə Azərbaycanı da çağırdıq», – deyə Ərdoğan qeyd edib.
Türkiyə prezidenti hazırda ölkələr arasında ticarət dövriyyəsinin həcminin 5 milyard ABŞ dolları təşkil etdiyini, 2023-cü ildə bu rəqəmi 25 milyard dollara çıxarılacağını qeyd edib.
Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi aprelin 24-də Çanaqqala savaşlarının 100-cü ildönümü ilə bağlı tədbirə dəvət etdiyini də bildirib. ( apa )
İnterpress.az