İnterpress.az xəbər verir ki, bu barədə Belarusun prezidenti Aleksandr Lukaşenko parlamentdəki çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, bununla yanaşı Rusiya ilə də münasibətlər davam etdiriləcək. Belarusun Avropa İttifaqı və ABŞ-la ticarət dövriyyəsinin olduğunu deyən prezident “Biz nə üçün onlarla əməkdaşlıq etməyək ki? Bizim onlarla münasibətimiz bir az başqadır. Amma biz gərək onu dəyişdirək. Heç kim bizi ABŞ və Avropa İttifaqı ilə münasibətləri nomallaşdırma cəhdlərimizə görə qınamasın” deyə vurğulayıb.
A.Lukaşenko deyib ki, dünya Belarusda keçiriləcək prezident seçkilərini diqqətlə izləyir: “Prezident seçkiləri konstitusiyaya uyğun olaraq azad və ədalətli keçiriləcək”.
İnterpress.az