“Arsenal” Henrix Mxitaryanı Bakıya gətirməyəcəkbackend

“Arsenal” Henrix Mxitaryanı Bakıya gətirməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın “The Times” nəşrinə istinadən məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi “Çelsi” ilə mayın 29-da keçiriləcək matça gətirilən heyətdə olmayacaq.

Futbolçunun Londonda qalması klub rəhbərliyinin təhlükəsizliklə bağlı düşüncələri ilə bağlıdır. İngiltərəlilər H.Mxitaryanın Azərbaycana gəlməsi ətrafında yaranacaq səs-küyün həlledici matçda komandaya mənfi təsir edə biləcəyindən ehtiyatlanır.

Qeyd edək ki, H.Mxitaryan Dortmund “Borussiya”sında çıxış etdiyi vaxt “Qəbələ”, “Arsenal”ın heyətində isə “Qarabağ”la Bakıda keçirilən görüşlərə də gəlməyib.

İnterPress.Az