“Roblox”da milyonlar qazanan məktəblilər məhkəməlik oldubackend

“Roblox”da milyonlar qazanan məktəblilər məhkəməlik oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Roblox”da imperiya quran gənclər 35 milyon dollarlıq məhkəmə çəkişməsində üz-üzə gəliblər.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Timoti Kim və Ceyk Şirli “Roblox” platformasında 5 milyarddan çox baxış toplayan oyun yaradaraq böyük sərvət qazanıblar. Onlar kolleci tərk edərək pentxaus kirayələyib və iş üçün kiçik tərtibatçıları işə götürüblər. Məktəblilər bu tərtibatçılara oyun valyutası ilə cüzi maaş ödəyib, yüz minlərlə dollar gəliri isə öz aralarında bölüblər.

Tərəfdaşlıq bürokratiya səbəbindən başa çatıb. Şəriklərdən biri digərinə əmək müqaviləsi imzalamağı təklif etdikdə, qarşı tərəf özünü işçi deyil, tərəfdaş hesab etdiyi üçün müqavilədən imtina edib.

Nəticədə hər şeyini itirən gənc məhkəməyə müraciət edərək 35 milyon dollar (təxminən 59.5 milyon manat) təzminat və oyunun həmmüəllifi kimi tanınmasını tələb edir.

Xuraman Etibarlı

İnterpress.az