Uşaqların “Səs” yarışmasının yeni qalibi seçildi – Alsunun qızı gəlmədibackend

Uşaqların “Səs” yarışmasının yeni qalibi seçildi – Alsunun qızı gəlmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, yarışmanın yeni qalibi Ercan Maksim olub.

Müğənni Alsunun qızı Mikella Abramovanın saxta yolla yığdığı səsləri araşdırdıqdan sonra, Birinci kanal müsabiqənin finalını yenidən keçirmək qərarına gəlib. Mikella isə yenidən keçirilən finalın çəkilişlərinə qatılmayıb.

Birinci kanalın rəhbəri Konstantin Ernst bildirib ki, baş verən hadisələr fonunda, finalda iştirak edən bütün iştirakçılar mükafatla təltif olunacaqlar.

Mikella Abramova da daxil olmaqla bütün iştirakçılara 1 milyon rubl veriləcək. Ernstanın sözlərinə görə, “Səs” yarışmasının 6-cı mövsümünün 9 qalibi olacaq.

Qeyd edək ki, Rusiyanın Birinci kanalı müğənni Alsunun qızı Mikella Abramovanın qalib gəldiyi “Səs” mahnı müsabiqəsinin final nəticələrinin ləğv olunması ilə bağlı qərar çıxarıb. Telekanaldan bildirilib ki, səsvermə nəticələrinin yenidən yoxlanılması hansısa şəxslərin məsuliyyətə cəlb olunması məqsədi daşımayıb. Müsabiqədə SMS-lərin avtomatik göndərilməsi qeydə alınıb.

İnterPress.Az