Cənubi Koreya Ukraynanın Şimali Koreyalı hərbi əsirlərlə bağlı üzrünü yetərsiz hesab edir.
İnterpress.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon bildirib ki, Ukrayna Rusiyanın tərəfində döyüşərkən əsir götürülən iki Şimali Koreyalı hərbi əsirin Seula təhvil verilməsi barədə məlumatın açıqlanmasına görə üzr istəyib. Lakin onun sözlərinə görə, üzrün səviyyəsi Seulun gözləntilərinə uyğun deyil.
Nazir bildirib ki, məsələ ilə bağlı Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə daim əlaqə saxlayır və Cənubi Koreya bundan sonra qəti tədbirlər görməyi planlaşdırır.
Seulun nəzərdən keçirdiyi mümkün addımlardan biri Cənubi Koreyanın Ukraynadakı səfiri Pak Hi Çxanın geri çağırılmasıdır.
Xuraman Etibarlı
İnterpress.az






