Dövlət başçısının məktubunda deyilir: “Hörmətli cənab prezident, Hindistan Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Hindistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram”.
İnterpress.az