Rusiyalı aktyor İŞİD-ə qoşuldu və…backend

Rusiyalı aktyor İŞİD-ə qoşuldu və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az NTV kanalına istinadən bildirir ki, aktyorun arvadı Alyona Dorofeyeva həyat yoldaşının ölkəni tərk etməsindən danışıb. Onun sözlərinə görə, aktyor ötən ilin yazında ilin sonuna kimi böyük olmayan layihə gözlədiyini deyib: “Lakin işin mahiyyəti sonra üzə çıxdı”.

Alyonanın ehtimalına görə, ərini bu yola Qafqazda döyüş təcrübə keçmiş bir tanışı cəlb edib:“Son zamana qədər o, məni islamı qəbul etməyə və uşaqları Suriyaya aparmağa çağırıb. Onun hədəfi Allah üçün savaşmaq idi. Vadim sentyabrın 16-da ölkəni tərk etdi. Artıq ertəsi günü Türkiyə-Suriya sərhədini keçib”.

Dekabrın ortalarında Alyonaya SMS-lər gəlməyə başlayıb. Lakin qadın ismarıcların əri tərəfindən göndərildiyinə əmin olmayıb. Bir neçə gün əvvəl isə ərinin ölməsi barədə ona SMS və foto göndərilib.

Aktyorun 5 yaşlı oğlu və 7 aylıq qızı var.

İnterpress.az