RAİ fransızların Qarabağda film çəkməsinə dair açıqlama yaydıbackend

RAİ fransızların Qarabağda film çəkməsinə dair açıqlama yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az müraciətin mətnini təqdim edir:

\”Ərazilərinin 20 faizi Ermənistan tərəfdən işğal edilməsinə baxmayaraq, Azərbaycan hər zaman Qarabağ məsələsinin dinc yolla nizamlanmasının tərəfdarı olub. 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərin azad edilməsi üçün uğurlu hərbi əməliyyatları məhz mehriban qonşu, Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olan Rusiyanın xahişi ilə dayandırdı. Bakı çox ümid edirdi ki, aprel dərslərindən sonra Ermənistan nəhayət münasiqəşənin nizamlanması üzrə imitasiyadan əl çəkərək problemin dinc yolla həlli üçün danışıqlar masasına əyləşəcək.

Azərbaycan Ordusu aprel döyüşlərində yüksək döyüş bacarığını, işğal edilmiş torpaqları hərbi yolla azad etmək qabiliyyətini nümayiş etdirdi. Həmin tarixdən 3,5 il keçməsinə baxmayaraq, Ermənistan nəinki müxtəlif bəhanələrlə sülh prosesini uzadır, eyni zamanda Azərbaycana qarşı müxtəlif pravokasiyalar həyata keçirir. Təəssüf edirik ki, bəzi hallarda ermənilər Azərbaycanla münasibətləri yüksələn xətt üzrə inkişaf edən Rusiyanı da antiazərbaycan pravokasiyalarına cəlb edə bilirlər. Bu səbəbdən Azərbaycan xalqı, eyni zamanda Azərbaycan diasporu Rusiya təmsilçilərinin ermənilərin antiazərbaycan pravokasiyalarında iştirakını anlaşılmazlıq kimi qarşılayır və təəssüfləndiyini bildirir.

Qarabağ separatçılarının antiazərbaycan pravokasiyalarından biri də Rusiyalı mütəxəssisləri Azərbaycanın işğal altında olan ayrılmaz hissəsi Qarabağ haqqında film çəkilişlərinə cəlb edilməsidir. Bir neçə gün öncə fransız aktrisası Bibi Naseri rejissor Robert Defin çəkdiyi Rusiya istehsalı olan “Valter” filmində iştirakını təsdiqləyib. Filmdə olaylar Dağlıq Qarabağda cərəyan edir. Əsərin baş qəhrəmanı iş üçün Moskvaya getsə də savaş başladığına görə vətəninə dönmək məcburiyyətində qalan ermənidir.

Qeyd edək ki, rejissor və rəssam Pobert Def Azərbaycanın Ermənistan tərəfdən işğal edilmiş Xankəndi şəhərində yaşayır. Filmin prodüseri Yekaterina Mixaylova Rusiyanın aparıcı media qurumlarından olan RİA Novostiyə müsahibəsində bildirib ki, fransız aktrisası Bibi Naseri filmdə iştiraka razılıq verib və bu, bizə filmimizi beynəlxalq məkana çıxarmaq şansı yaradır.

Beləliklə, Ermənistan dünya birliyinin tanıdığı ərazi bütövlüyü prinsipini növbəti dəfə pozur. Bu səbəbdən biz Rusiya Xarici İşlər Nazirliyinə və Rusiya Mədəniyyət Nazirliyinə müracət edərək Rusiya tərəfin filmin çəkilişində iştırakını dayandırmasını, bu filmin Rusiya dövlət büdcəsindən və Rusiyadakı fiziki şəxslərdən maliyyələşdirilməsinin qarşısını almasını, gələcəkdə filmin Rusiyada yayımına qadağa qoyulmasını istəyirik.

Bu gün Rusiya Federasiyasının ərazisində yaşayan 2 milyondan çox azərbaycanlı Rusiya Federasiyasının sosial-iqtisadi inkişafına, eləcə də Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə böyük töhfələr verir. Rusiya Federasiyası ərazisində yaşayan azərbaycanlılar əsl Rusiya vətənpərvərləridirlər və onlar Rusiyanın iqtisadi qüdrətinin artması, ölkələrimiz arasında iqtisadi, ictimai-siyasi, humanitar münasibətlərin daha da güclənməsi üçün əllərindən gələni edirlər. Bu səbəbdən Rusiya təmsilçilərinin erməni separatçılarının antiazərbaycan layihəsində iştirakı onların Rusiyaya bəslədikləri səmimi hisslərə kölgə salır.

Azərbaycan xalqı Rusiyanı dost və qardaşı ölkə kimi qəbul edir. Biz ümid edirik ki, Rusiya rəsmiləri sadalanan səbəbləri nəzərə alaraq bizim müraciətimizi cavabsız qoymayacaq Rusiya təmsilçilərini separatçı ermənilərlə bərabər film layihəsindən uzaqlaşdıracaq\”.

Müraciəti Rusiya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun Koordinasiya Şuraları imzalayıb.

İnterpress.az