Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıbbackend

Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

V.Hüseynov bildirib ki, dünən axşam çadır tipli kəsim məntəqələri sökülüb, ərazi icra hakimiyyətlərinin müvafiq qurumları tərəfindən tullantılardan təmizlənib:

“Ərazilər təmizlənəndən sonra bizə təhvil verilib və artıq bu gün səhər saatlarından AXA-nın texnikası dezinfeksiya işlərinə cəlb olunub. Hazırda Xətai rayonunda yerləşən ət kəsim məntəqələrində dezinfeskiya işləri aparılır. Növbəli şəkildə bu günün sonuna qədər bütün ərazilərdə dezinfeksiya işləri yekunlaşacaq. Bu işlər ödənişsiz həyata keçirilir”.

Qeyd edək ki, Qurban bayramı günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına verilmişdi.

İnterpress.az