Azərbaycanlı pul dəyişdirib “qabağa düşmək” istədi, beş ilədək “geriyə düşdü”backend

Azərbaycanlı pul dəyişdirib “qabağa düşmək” istədi, beş ilədək “geriyə düşdü”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, qadın bankomatdan 50 min rubl çıxardıqdan sonra bir kişi ona yaxınlaşıb.

Kişi özündə olan əskinasları mübadilə etmək istədiyini deyib.

Qadın isə pulu dəyişdirərkən 50 min rubl əvəzinə cəmi 27 min rubl aldığını bilib. Polis müşahidə kameraları sayəsində şübhəlinin izinə düşüb.

Rusiya Daxili İşlər Nazirliyinin Bryansk bölgəsi üzrə mətbuat xidmətinin məlumatına görə, şübhəli şəxs bu ilin avqust ayının ortalarında şəhərə gələrkən həbs olunub.

Onun 56 yaşlı azərbaycanlı olduğu məlum olub.

Faktla bağlı cinayət işi açılıb. Pul dəyişdirib “qabağa düşmək” istəyən şəxsi beş ilədək “geriyə düşmək”, yəni həbs cəzası gözləyir.