Bakıda ata-oğul qohumları tərəfindən bıçaqlanıbbackend

Bakıda ata-oğul qohumları tərəfindən bıçaqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Z.Qəmbərov küçəsində qeydə alınıb.

Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Aqşin Quliyev aralarında yaranmış münaqişə zəminində xalası nəvəsi, 1968-ci il təvəllüdlü Füzuli Şirinovu döş qəfəsindən bıçaqlayıb. Hadisə nəticəsində F.Şirinovun oğlu, 1999-cu il təvəllüdlü Elçin Şirinov da bıçaq yarası alıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində A.Quliyev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.