“Traktor” “Borussiya” və “Real”ı qabaqlamaqla, dünya rekordu müəyyənləşdiribbackend

“Traktor” “Borussiya” və “Real”ı qabaqlamaqla, dünya rekordu müəyyənləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın “Traktor” futbol klubu rekorda imza atıb.

İnterpress.az-ın məlumatına görə, Təbriz təmsilçisi ötən həftəsonu keçirilən oyunlarda ən azarkeş toplayan komanda adına yiyələnib.

Klubun “İstiqlal”la görüşünü 100 min tamaşaçı seyr edib. Bu həftəsonu üçün dünya rekordu olub.

Almaniya Bundesliqasının Dortmunddakı “Borussiya” – “Volfsburq” qarşılaşması 80 min 200 tamaşaçı toplamaqla 2-cidir. İspaniya La Liqasının “Real” – “Betis” görüşü siyahıda üçüncüdür – 70 min 375.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının X turunun rekordunun qeydə alındığı  “Neftçi” – “Qarabağ” oyununu cəmi 3000 tamaşaçı izləyib.