Şirvanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihə icra olunurbackend

Şirvanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihə icra olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “XXI Əsrin Qadınları“ İctimai Birliyi “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əlillik problemi ilə bağlı informasiya təminatı” adlı layihəsi icra edir. Layihə çərçıvəsində Şirvan şəhəri üzrə mərkəzdə görüş keçirilib.

Nəzərə çatdıraq ki, mərkəzdə könüllülərdən ibarət komanda formalaşıb, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əlillik probleminə dair informasiya təminatının həyata keçirilməsi məqsədi ilə məlumatlandırma işinə start verilib.

İctimai məlumatlılığın artırılması ilə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial hüquqlarının müdafiəsi haqqında təlimatlandırmalara nail olunub. Bundan başqa məlumat kitabçası paylanıb, pulsuz hüquqi yardımım göstərilib, əlillərin və sağlamlıq imkanların məhdud uşaqların əlillik problemi ilə bağlı uşaqların hüquqları mövzusunda valideynlərlə görüşlər keçirilib. Habelə, valideynlərə müvafiq təlimatlar verilib.

Şirvanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihə icra olunur

Şirvanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihə icra olunur

Şirvanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihə icra olunur