Braziliyalı Rodriqonun qolu “Ajax”ı Çempionlar Liqasından kənarlaşdırdı – VİDEObackend

Braziliyalı Rodriqonun qolu “Ajax”ı Çempionlar Liqasından kənarlaşdırdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionlar Liqasının qrup mərhələsində son turun oyunları keçirilib. Amsterdamda yerli “Ajax” İspaniyanın “Valensiya” komandasını qəbul edib.

Interpress.az xəbər verir ki, pley-off mərhələsinə çıxmaq üçün “Ajax”a heç-heçə də kifayət ediridi.

Lakin “Valensiya”nın hücumçusu Rodriqo Morenonun 24-ü dəqiqədə vurduğu qol hollandları məğlub duruma qoydu. “Ajax” sona qədər mübarizə aparsa da rəqib qapısına yol tapa bilməyib.

“Valensiya” qələbə qazanaraq qrupda birinci yeri tutub, ikinci yerdə isə “Çelsi” qərarlaşıb.