Bu qaydaları pozan abunəçilər cinayət məsuliyyətinə cəlb oluna bilər – RƏSMİbackend

Bu qaydaları pozan abunəçilər cinayət məsuliyyətinə cəlb oluna bilər – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir sıra abunəçilər qanunsuz olaraq elektrik ölçmə cihazlarına müdaxilə edirlər. Bu müdaxilələr əsasən maqnit və digər kənar vasitələrlə həyata keçirilir”.

İnterpress.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bu kimi hallar əsasən fərdi yaşayış evləri və müəssisələrdə müşahidə edilir:

“Abunəçilərdə belə bir hal aşkarlanarsa, həmin şəxsə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə müvafiq tədbirlər görüləcək. Son 1 il ərzində quraşdırılan sayğaclarda antimaqnit funksiyası var. Amma digər sayğaclarda bu funksiya yoxdur. Hazırda reydlər keçirilir və tezliklə bu reydlərin nəticələri açıqlanacaq”.

V.Nəbibəyli onu da əlavə edib ki, son 5 ildə 1,2 mln. yeni sayğac quraşdırılıb:

“Hazırda isə 1 mln.-a yaxın istismar müddətini keçmiş sayğacın dəyişdirilməsi işləri həyata keçirilir”.

İnterpress.az