136 yaşlı bina necə qorunur? – FOTObackend

136 yaşlı bina necə qorunur? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan şəhərinin Babazanlı massivində yerləşən bu qədim ev 1887-ci ildə inşa edilib, tacir Bədəl bəyə məxsus olub.

Bunu İnterpress.az-a rayon sakinləri məlumat veriblər.

Düz 100 il əvvəl xan-bəy mülkü olduğu üçün sahibinin əlindən alınaraq əvvəlcə neft-qaz kəşfiyyat idarəsinin binası , sonralar isə Gözdən Əlillər Cəmiyyətinin Salyan tədris-istehsalat müəssisəsinin balansına verilib.

2019-cu ilin oktyabr ayında Bədəl bəyin Türkiyədə yaşayan nəvələri Mehmet və Nihat Babazanlıya gələrək babalarının evində olub, xatirə şəkli çəkdiriblər.

Bədəl bəy sovet hakimiyyəti qurulduqdan sonra Türkiyəyə qaçıb. Bu bina vaxtı ilə Salyanda ən hündür bina olub.