14 yaşlı Aytac Şahmarovanın anası azadlığa buraxıla bilərbackend

14 yaşlı Aytac Şahmarovanın anası azadlığa buraxıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Gürcüstanın Saqareco bələdiyyəsinin Ləmbəli kəndində qətlə yetirilən 14 yaşlı Aytac Şahmarovanın zorla nişanlandırlması ittihamı ilə onun anası Yeganə Məhərrəmova və dayısı Natiq Məhərrəmova qarşı həbs qəti imkan tədbiri seçilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir

Belə ki, hazırda hər iki müttəhimin istintaq prosesləri davam etdirilir.

Yeganə Məhərrəmovanın və Natiq Məhərrəmovun hüquqlarını müdafiə edən vəkil Əli Bədirov, xəbər portalımıza müsahibəsində bildirib ki, ictimaiyyətdə 14 yaşlı qızın anasına qarşı yanlış ittihamlar səsləndirilir.

Onun sözlərinə görə, Yeganə xanım qızının bir şərtlə nişanlanmasına icazə verib ki, bu da onun 18 yaşı tamam olduqdan sonra evlənməsi olub.

Ə. Bədirovun sözlərinə görə, bütün dəlillər Yeganə Məhərrəmovanın azadlığa buraxılmasına imkan verir.

Vəkil qızın dayısı Natiq Məhərrəmovun məhkəmə işinin də, eyni anda davam etdirildiyini və bəzi mübahisəli məsələlərin olduğunu bildirib.