Ermənistan azərbaycanlı hərbçi ilə bağlı cinayət işinin istintaqını yekunlaşdırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
13 noyabr 2026-cı il tarixində Ermənistan İstintaq Komitəsi saxlanılan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Rəhim oğlu Musayev barəsində aparılan cinayət işinin ibtidai istintaqının yekunlaşdığını açıqlayıb.
Tərtib edilmiş ittiham aktı təsdiq edilməsi və baxılması üçün aidiyyəti üzrə prokurorluğa göndərilib.
Məlumata əsasən, işin materialları baxılması üçün tezliklə məhkəmə instansiyasına təqdim olunacaq.
Qeyd edək ki, rəsmi Bakı azərbaycanlı hərbi qulluqçulara qarşı Ermənistanda uydurma və qondarma ittihamlarla cinayət təqibinin həyata keçirilməsini beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd addım hesab edir.
Xuraman Etibarlı
İnterpress.az






