14 yaşlı qızı öldürən şəxsin əmisi və əmisi oğlu da həbs edildibackend

14 yaşlı qızı öldürən şəxsin əmisi və əmisi oğlu da həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Telavi Rayon Məhkəməsi 14 yaşlı qızı qəsdən öldürməkdə təqsirləndirilən şəxsin əmisi və əmisi oğlu barəsində həbs qətimkan tədbiri seçib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Belə ki, hakim Marine Tsertsvadze bildirib ki, o, prokurorluğun arqumentlərini mötəbər hesab edib və həbs cəzası tələbini təsdiqləyib.

İclasda ittiham tərəfi izah edib ki, təqsirləndirilən şəxslər iş üzrə sübut və şahidlərlə tanış olmaq imkanına malik olduqları üçün yenidən cinayət törətmək, şahidlərə təsir etmək riski mövcuddur.

Vəkil bununla razılaşmayıb.

Arçil Dvalişvilinin sözlərinə görə, hər iki şəxs törətdikləri cinayəti etiraf edib və peşman olduqlarını bildiriblər, Bəkir Əliyev və Əlixan Aslanovun 5000-5000 lari müqabilində azad edilməsini tələb ediblər.
İstintaq orqanı saxlanılan hər iki şəxsi ağır cinayət barədə məlumat verməməkdə ittiham edib.

İş üzrə məhkəmə prosesi dekabrın 5-i, saat 14:00-a təyin edilib.