Deputat: “Tarif Şurası hesabat verməlidir”backend

Deputat: “Tarif Şurası hesabat verməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Sabir Rüstəmxanlı suyun qiymətinin artırılmasına etiraz edib.

İnterpress.az-ın müxbiri xəbər verir ki, S.Rüstəmxanlı əhalini narazı salan məsələləri aradan qaldırmağın vacib olduğunu bildirib.

“Dünən suyun qiyməti qalxdı. Tarif Şurası benzinin də qiymətini qaldırıb”, – deyə S.Rüstəmxanlı əlavə edib.

O təklif edib ki, Tarif Şurası parlamentə dəvət olunmalıdır və hesabat verməlidir.

“Biz deputatlar bilməliyik ki, qiymət artımını hansı meyarlarla edirlər?! Ölkənin stabil saxlanmasına cavabdeh olan qurumların dinləmələrini keçirməliyik”.