Gürcüstanın Marneuli bələdiyyəsinin kəndlərindən birində azyaşlının nişanlandırılması faktı qeydə alınıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, sözügedən kəndin məktəb direktoru “Marneuli” radiosuna qızın nişanlandırılması faktını təsdiq edib.
O bildirib ki, müvafiq qurumlara məlumat verilib və valideyn məktəbə çağırılıb. Direktorun sözlərinə görə, uşaq məktəbə gələcəyini və oxumağa davam edəcəyini bildirib. Məsələ ilə bağlı ölkınin Daxili İşlər Nazirliyi və Xalq Müdafiəçisi ofisinə məlumat verilib. Bildirilib ki, qurumlar öz səlahiyyətləri çərçivəsində məsələyə müdaxilə edəcəklər.