İrkutsk vilayətində 15 yaşlı məktəbli iki qızı öldürdüyünə görə 8 il müddətinə tərbiyə koloniyasına göndərilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məhkəmə yeniyetməni xüsusi amansızlıqla törədilmiş ikiqat qətldə təqsirli bilib.
Bundan əlavə, mərhum qızların analarının xeyrinə ümumilikdə 5 milyon rubl (təxminən 105 min manat) təzminat tutulmasına qərar verilib.
Məlumata görə, hadisə 2025-ci ilin oktyabrında baş verib. 15 yaşlı İvan qısqanclıq zəminində 14 yaşlı Vasilinaya binanın girişində bıçaqla hücum edərək ona 40-dan çox zərbə endirib.
Hadisəyə müdaxilə edən 23 yaşlı qonşu qadına da beş bıçaq xəsarəti yetirilib. Hər iki qız xəstəxanada dünyasını dəyişib.
Xuraman Etibarlı
İnterpress.az






